2023-cü il ərzində bank sektorunda likvid aktivlər yeni monetar çərçivənin tətbiqi fonunda 13.2 mlrd. manata bərabər olub.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə 24% və ya 4.1 mlrd. manat azalma deməkdir.
Likvid aktivlərin cəmi aktivlərdə payı isə 10 f.b azalaraq 27%-ə qədər azalmışdır. Likvid aktivlərin 36%-i dövlət qiymətli kağızları, 38%-i nostro hesablar, 11%-i Mərkəzi Bankda müxbir hesablar, 14%-i isə nağd vəsaitlərdə cəmlənmişdir. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2.3 dəfə üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 75%-ni əhatə edir.