Azərbaycandakı 26 bank bu ilin 8 ayında verdikləri kreditlərdən 1 milyard manatdan artıq gəlir əldə ediblər.
Eləcə də bax: Banklar depozitlər üzrə daha çox - Faiz Ödəyiblər
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 92,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,6 milyon manat və ya 8,6% çoxdur. Bankların ötən ilin 8 ayında kreditlər üzrə faiz gəlirləri 1 milyard 5,5 milyon manat təşkil etmişdi.
2021-ci ilin 8 ayında faizlər üzrə xərcləri isə 322,3 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 352,7 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir. (Marja)