Azərbaycanda bank müştərilərinin və hesablarının sayı artıb.
FED.az Mərkəzi Bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin yanvar – iyul aylarında bankların müştərilərinin sayı 7 mln 515 min 910 nəfər olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln 394 min 468 nəfər çoxdur.
İlin əvvələ ilə müqayisədə isə bank müştərilərinin sayı 668 min 013 nəfər artıb.
Bu ilin yanvar – iyul aylarına Azərbaycan banklarında müştəri hesablarının sayı 18 mln 032 min 951 olub. Müştəri hesablarının 15 mln 034 min 305 – i cari hesablar, 2 mln 648 min 725 – i kredit hesabları, 349 min 921 – i depozit hesabları, 1mln 478 min 964 –i fiziki şəxslərin hesabları olub.
Ötən ilin 7 ayı ilə müqayisədə bu ilin yanvar – iyul aylarında banklarda açılan cari hesablar 706 min 437 artaraq 15 mln 034 min 305 olub.
Açilmiş hesabların 14 mln 786 min 964 fiziki şəxslərin, 247 min 341 – i isə hüquqi şəxslərin hesabları olub.
Ötən ilin 7 ayı ilə müqayisədə fiziki şəxslərin hesabları 653 min 185 say , hüquqi şəxslərin hesabları isə 53 min 252 say artıb.