Azərbaycanda bank sektorunun girov əmlakların satışı ilə bağlı növbəti problemi həll edilib.
Eləcə də bax: «Banklar girov əmlakı satanda - 10 MƏRHƏLƏDƏN KEÇMƏLİ OLURLAR» - SİYAHI
FED.az xəbər verir ki, mayın 4-də Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklər məcəllənin 150-ci (Maddə 150. Ödəmə mənbəyində verginin tutulması qaydası) və 159-cu (Maddə 159. Vergitutma obyekti) maddələrini əhatə edir və ilk növbədə banklar tərəfindən girov əmlakların alınması prosesinə aiddir.
Yeniliyə əsasən, qaytarılmayan kreditə görə, girov saxlanılan əmlak satılanda və həmin əmlakı bank özü alanda əgərsatışdan gələn vəsait borcun məbləini bağlımırsa, banklar buna görə vergi ödəmirlər.
Girovun satışından gələn vəsait borcun məbləğini bağladıqda isə bu alqı-satqıdan vergi tutulur. Amma bu vergi yalnız borcun məbləğindən artıq olan hissəyə tətbiq edilir.
Bu yenilik həm sahibkr olmayan, həm də sahibkar kimi fəaliyyət göstərən şəxslərə aiddir. Başqa sözlə, yenilik həm adi ipoteka kreditlərinə, həm də biznes məqsədilə alınan kreditlər zamanı girov qoyulan əmlaklara aiddir.