Azərbaycan banklarının kredit portfeli azalmaqda davam edir. FED.az xəbər verir ki, müştərilərə gerilən kreditlər azalaraq 11 milyard 242,2 milyon manata düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, kredit portfeli 1 faiz azalaraq 11 milyard 337.6 milyon manatdan yanvar ayında 11 milyard 242,2 milyon manat təşkil edib. Yəni bankların kredit portfeli bir ayda 95,4 milyon manat azalıb.
2017-ci ili yanvar ayının sonu ilə müqayisədə isə bu azalma daha çoxdur. Belə ki, 2017-ci ilin eyni dövründə bankların müşərilərə verdiyi kreditlər 16 milyard 206.6 milyon manat olmuşdu, başqa sözlə 1 il ərzində kreditin həcmində 5 milyard manat azalma var.
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 257.4 |
6.1 xalis kreditlər | 207.1 |
7. Müştərilərə verilən kreditlər | 11,242.2 |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,485.5 |
7.2 Xalis kreditlər | 9,756.6 |