2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların faiz və qeyri-faiz gəlirləri artıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, banklar 2019-cu ilin Yanvar ayında 162 milyon manat faiz gəlirləri əldə ediblər. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 10,2% çoxdur. Belə ki, ötən ilin Yanvar ayında bankların cəmi faiz gəlirləri 146,9 milyon manat təşkil etmişdi.
Bankların kreditlər üzrə faiz gəlirləri isə 24,3% artaraq 114.2 milyon manat təşkil edib.
Bankların faiz gəlirlərinin artması şəraitində faiz xərcləri azalıb. Ötən ilin Yanvar ayında 50,8 milyon manat olmuş faiz xərcləri, 2018-ci ilin Yanvar ayında 49,1 milyon manata düşüb.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların qeyri-faiz gəlirləri 21,8 milyon manat çox olub. Qeyri-faiz gəlirləri ötən ilin Yanvarında 30,6 milyon manat ikən, cari ilin Yanvarında 52,4 milyon manat təşkil edib.
Bankların qeyri- faiz xərcləri 68,7 milyon manatdan 80,7 milyon manata qalxıb.
Bankların gəlirlərinin artması ilə əlaqədar olaraq əməliyyat mənfəəti də artıb. Ötən ilin Yanvarında 58 milyon manat təşkil etmiş əməliyyat mənfəəti 2019-ci ilin yanvarında 78,2 milyon manat olub.
2018-ci ilin Yanvarında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 28.8 milyon manatı azad olduğundan bankların xalis mənfəəti 86,7 milyon manat təşkil etmişdi.
2019-cu ilin Yanvarında əməliyyat mənfəətinin 32.9 milyon manatı ehtiyatlara ayrıldığından xalis mənfəət 42.6 milyon manat təşkil edib.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln. manatla)
Mənfəət və zərər maddələri |
31.01.2018 |
31.01.2019 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
146.9 |
162.0 |
1.1 Kreditlər üzrə faizlər |
91.9 |
114.2 |
- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar |
|
6.4 |
2. Faiz və onlara bağlı xərclər |
50.8 |
49.1 |
2.1 depozitlər üzrə faizlər |
31.8 |
31.5 |
3. Xalis faiz gəliri (zərəri) |
96.1 |
106.5 |
4. Qeyri-faiz gəlirləri |
30.6 |
52.4 |
5. Qeyri-faiz xərcləri |
68.7 |
80.7 |
6. Əməliyyat mənfəəti (zərəri) |
58.0 |
78.2 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
(28.8) |
32.9 |
8. Digər gəlirlər (xərclər) |
1.8 |
2.6 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
88.6 |
47.9 |
10. Mənfəətdən vergilər |
1.9 |
5.3 |
11. Xalis mənfəət (zərər) |
86.7 |
42.6 |
Eləcə də bax: 7 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb - SİYAHI
©Marja