Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus iki, “Yunayted Kredit Bank” ASC-yə məxsus bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirir.
FED.az xəbər verir ki, auksionda iştirak üçün ərizələrin qəbulu yanvar 11-dən fevralın 11-dək həyata keçiriləcək. Hərrac isə fevralın 13-də baş tutacaq.
Qeyd edək ki, “Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250 və 1650 manat, “Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4550 manatdır.