Banklarda toplanan nağd vəsaitlərin həcmi böyük olaraq qalır. FED.az xəbər verir ki, hazırda ən böyük nağd vəsaitlər Azərbaycan Beynəlxalq Bankına məxsudur: 2 milyard 166 milyon, 604 min manat.
Siyahıda sonrakı yerləri 554 milyon 652 min manatla PaşaBank, 279 milyon 446 min manatla Kapital Bank tutur. 376 milyon 727 min manata nağd vəsaitlər Rabitəbankda, 157 milyon 547 min manat nağd vəsait isə Azər-Türk Bankda toplanıb.
Banklarda nağd vəsaitlərin bu qədər çox olması ilk növbədə pulun yerləşdirmə imkanlarının zəif olması ilə əlaqədardır. Artıq son bir ayda keçirilən depozit hərracları, dövlət iqtiqrazlarının, Mərkəzi Bankın notların alınmasına tələbin təklifdən dəfələrlə çox olması onu göstərir ki, banklar götürdükləri depozitləri və kreditlərdən topladıqları faiz gəlirlərini yenidən iqtisadiyyata yerləşdirməkdə çətinlik çəkirlər.
Üstəlik qiymətli kağızlar bazarı da yığcam olduğundan banklar əllərində qalan nağd pullarla necə manevr edəcəklər, bu iqtisadçıların çox marağındadır.
Onu da qeyd edək ki, adətən uzunmüddətli, dayanıqlı iqtisadiyyata malik ölkələrdə nağd vəsaitlər daha az olur.
Banklarda nağd vəsaitlər üzrə göstəricilər isə belədir:
Sıra | Bankın adı | Nağd vəsaitlərin cəmi ( min manatla) |
1 | Access Bank | 45 629 |
2 | AFB Bank | 44 570 |
3 | Amrah Bank | 13 656 |
4 | AG Bank | 11 769 |
5 | Ata Bank | 11 623 |
6 | ABB | 2 166 604 |
7 | ASB | 7 512 |
8 | Azər-Türk Bank | 157 547 |
9 | Bank Avrasiya | 12 763 |
10 | Bank of Baku | 14 471 |
11 | BTB | 21 091 |
12 | Bank Respublika | 48 323 |
13 | Silk-Vey Bank | 37 203 |
14 | VTB | 6 171 |
15 | Express Bank | 97 409 |
16 | Günay Bank | 15 749 |
17 | Xalq Bank | 36 052 |
18 | Kapital Bank | 279 446 |
19 | Muğan Bank | 67 061 |
20 | NBC Bank | 3 572 |
21 | Nikoil Bank | 7 004 |
22 | Paşa Bank | 554 652 |
23 | Rabitə Bank | 376 727 |
24 | Turan Bank | 54 234 |
25 | Unibank | 31 573 |
26 | Yapı Kredi Bank | 29 717 |
27 | Ziraat Bank | 4 685 |
29 | Melli İran Bankı | 35 740 |
30 | Pakistan Bankı | 230 |