Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, martın 16-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında 100 milyon manatlıq depozitə qarşı tələb 255,0 mln. Manat təşkil edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.
Qeyd edək ki, son günlər, xüsusilə martın ikinci həftəsindən başlayaraq bankların depozit hərracına marağının sürətlə azalması müşahidə edilir.
Belə ki, martın 4-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 620,3 mln. Manat tələb olmuşdu.
Martın 10-da keçirilən hərracda 100 milyon depozit təkliyinə qarşı 268 milyon manat tələb olmuşdu.
Martın 11-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 313 mln. Manat tələb olub.
Nəhayət, martın 16-da keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 255 milyon manat tələb olub.
Qeyd edək ki, depozit hərracına marağın azalması dollarla bağlı narahatlıqların yaranmasından sonra başlayıb. İndi banklar əllərində daha çox manat kütləsi saxlamağa üstünlük verirlər.