FED. az saytına etibarlı mənbələrdən verilən məlumata görə, ölkənin ən iri və etibarlı banklarından olan “Accessbank” hazırda müəyyən problemlərlə üzləşmiş “Nikoyl Bank”la birləşəcək. Mənbənin bildiridiyinə görə, birləşmə prosesi 2018-ci birinci rübü ərzində tam yekunlaşacaq. Gələn ilin mart ayınadək birləşmə prosesi ilə bağlı bütün məsələlər tam yekunlaşacaq. Mənbə həmçinin qeyd edir ki, “AccessBank”ın konsolidasiyası işlərinə dəstək məqsədi ilə hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları tərəfindən hazırlıqlıq işləri aparılır. Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının da mövqeyini öyrəndik. Palatadan bildirilib ki, bank sektorunun restrukturizasiyası çərçivəsində bankların kapital dayanıqlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Bununla bağlı banklar tərəfindən əlavə səhm emissiyası, öhdəliklərin kapitala transformasiyası və ya digər banklarla konsolidasiya formasında təşəbbüslər mövcuddur. Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edir.
Qeyd edək ki, hər iki bank bu ilin ilk 9 ayını zərərlə başa vurub. “Accessbank”ın bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı rəsmi hesabatında bu dövr üzrə zərəri 48,3 mln. manat olub. «Nikoyl Bank» isə bu dövrü 140 min manatlıq zərərlə başa vurub. Bank sektorunun hazırki durumunu nəzərə alanda, «Nikoyl Bank»ın zərəri o qədər də böyük görünmür. Əvəzində «Nikoyl Bank»da kapital çatışmazlığı var – onun kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi həddən aşağıdır – 41,2 milyon manat və bank bu göstəriciyə görə, «qırmızı zona»dadır.
“Qırmızı zona”da olan banklar – 8 BANK, SİYAHI
Hazırda bankın həll etməli olduğu əsas problemlərdən biri məhz kapital çatışmazlığıdır. «Accessbank»ın isə kapital problemi yoxdur, adətən möhkəmliyi və dayanıqlığı ilə fərqlənən bu bankın kapitalı 78,4 milyon manat təşkil edir ki, bu da bank sektorunda 9-cu göstəricidir. Maraqlıdır ki, bu ilin ilk 9 ayında «Accessbank»ın kapitalı 49%-dan çox artıb.Bankın adı | «Nikoyl Bank» | «Accessbank» |
Kapital | 41,2 mln manat | 78,4 mln manat |
Son bir ildə kapitalı necə dəyişib | 1,6% artıb | 49,4% artıb |
Mənfəəti | - | |
Zərəri | 0,14 mln manat | 48,3 mln manat |