Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan 4 bankın balansında olan maşın, bankomat və daşınmaz əmlakları hərraca çıxarıb.
Satılacaq maşınlar “Standard Bank” və “Atrabank”-a məxsusdur. Ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və “Texnikabank” ASC-nin balansında olan bağ evi də hərracda satılacaq.