2017-ci ilin yanvarın 1-nə bankların faiz və maliyyə sanksiyalarına görə təxminən 8 mln. manatlıq borcu var.
Bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.
Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190 min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".