Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.
KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir.
Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi. Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, məcmu kapitalın adekvatlıq əmsalı 10%-ə, I dərəcəli kapitalın adekvatlıq əmsalı 5%-ə endirilmişdir.
Qeyd edək ki, məcmu kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.
Banco.az olaraq 2017-ci ilin sonu üzrə göstəricilərinə əsasən bankların kapital I dərəcəli və məcmu adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik.
Məcmu kapitalın adekvatlığı üzrə bankların sıralaması:
(Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı bankın tutulmalardan sonra I və II dərəcəli kapitalının cəminin risk ölçülü aktivlərinə qarşı dayanıqlığını göstərir və qanunla minimum 10% olması tələb olunur).
Bank |
Məcmu kapitalın adekvatlıq əmsalı |
Bank Avrasiya |
61,51% |
VTB Bank Azərbaycan |
57,71% |
Gunay Bank |
39,05% |
Expressbank |
39% |
Rabitəbank |
29,7% |
NBC Bank |
29,66% |
Bank BTB |
28,53% |
Azər Türk Bank |
27,76% |
Ziraat Bankı |
27,67% |
Nikoil Bank |
25,59% |
Atabank |
20,88% |
Yapı Kredi Bank Azərbaycan |
20,5% |
Amrahbank |
20,1% |
Turanbank |
19,1% |
ASB Bank |
17,25% |
Beynəlxalq Bank |
17,18% |
Kapital Bank |
16,61% |
Muğanbank |
15,52% |
Paşa Bank |
15,2% |
Xalq Bank |
14,35% |
Bank Silk Way |
13,24% |
Unibank |
13,06% |
Bank Respublika |
8,26% |
AGBank |
8,15% |
Bank of Baku |
7,31% |
AccessBank |
6,38% |
I dərəcəli kapital adekvatlığı üzrə bankların sıralaması:
(Qeyd edək ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı bankın tutulmalardan sonra I dərəcəli kapitalının risk ölçülü aktivlərə qarşı dayanıqlığını göstərir və qanunla minimum 5% olması tələb olunur).
Bank |
I dərəcəli kapitalın adekvatlıq əmsalı |
Bank Avrasiya |
53,53% |
VTB Bank Azərbaycan |
38,16% |
Expressbank |
36% |
Gunay Bank |
35,44% |
Bank BTB |
27,29% |
NBC Bank |
27,2% |
Azər Türk Bank |
26,46% |
Ziraat Bankı |
25,11% |
Beynəlxalq Bank |
20,83% |
Rabitəbank |
20,5% |
Paşa Bank |
19,9% |
Atabank |
19,8% |
Nikoil Bank |
17,44% |
ASB Bank |
16,33% |
Yapı Kredi Bank Azərbaycan |
16,3% |
Turanbank |
14,7% |
Muğanbank |
14,3% |
Amrahbank |
13,48% |
Xalq Bank |
12,13% |
Bank Silk Way |
11,77% |
Kapital Bank |
9,81% |
Unibank |
7,7% |
AGBank |
6,63% |
Bank Respublika |
5,47% |
Bank of Baku |
3,8% |
AccessBank |
3,39% |