Bankların kredit aktivliyinin azalması və izafi likvidlik bankların icmal hesabatında yeni mənzərəni ortaya qoyub. FED.az xəbər verir ki, pulu iqtisadiyyata yönəltmək imkanları aşağı olduğundan banklar hazır maliyyə alətlərini yatırım edirlər.
Belə ki, təkcə bir ayda bank sektorunun qiymətli kağızlara qoyduğu investisiyanın məbləği 2 milyard 487 milyon manat olub. 31 dekabr 2017-ci il tarixinə isə bu göstərici cəmi 355 milyon manat təşkil edirdi.
Bankların Mərkəzi Bankın notlarına, dövlət istiqrazlarına tələblərinin həddən artıq artması da bu artımı gözlənilən edirdi. Lakin müqayisə göstərir ki, hazırda rəqəmlər arasında 7 dəfəlik bir artım var və bu, kreditləşməyə açılmanın zərurətini əks etdirir.
2. Mərkəzi Bankda müxbir hesablar* | 2,165.7 |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 1,872.6 |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 8,073.8 |
5. Qiymətli kağızlar | 2,486.5 |