Azərbaycanda kəskin pisləşən və rəsmi qurumların “ifrat təhlükəli” kimi təqdim etdiyi hava şəraitdən bəzi banklar reklam məqsədi ilə istifadə etməyə başlayıblar.
FED.az xəbər verir ki, həmin banklar bundan istifadə edərək Facebookda öz məhsullarının reklamını həyata keçirilər. Burada əsas məqam evdən çölə çıxmadan bankın “Mobil Bank” və “İnternet Bankinq” xidmətlərindən istifadə edilməsinə yönəlib.
Həmin banklar aşağdakılardır:
“Ata Bank”
Nə yağış , nə fırtına
Mane olmaz dostuma.
Çünki vardır AtaNet ,
Əməliyyatı rahat et!
Bank əməliyyatlarınızı evdən çıxmadan AtaNet vasitəsilə həyata keçirin.
“Bank of Baku”
Yaydı, yazdı, payız, qışdı - fərqi yox,
Bank of Baku ilə imkanlarınız hədsiz çox.
İnternet Bankçılıq xidmətimizlə bank əməliyyatlarınızı və ödənişlərinizi evdən çıxmadan onlayn formada həyata keçirin.
“Bank Respublika”
İstər Külək, istər yağış, hətta tornado belə olsa narahat olmayın!
Çünki, bank ödənişləri üçün “Mobil şöbə” var!
Mobil şöbə - hər havada Sizinlə!
"Azərbaycan Beynəlxalq Bankı"
Soyuq havada banka getməyə ehtiyac yoxdur.
IBAmla bank Sizə gəlsin!
"Bank VTB"
Küləkdə də, yağışda da, boranda da "Mobil bank" və "İnternet Banking" hər havada sizinlədir.
Banklardan “ifrat külək” – KAMPANİYASI
14:57
17 Yan 2019