Abşeron rayon Mühafizə Polis İdarəsinə rayon ərazisində yanğınla bağlı həyəcan siqnalı daxil olub.
FED.az xəbər verir ki, idarənin polis əməkdaşları dərhal hadisə yerinə cəlb edilib.
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir - YENİLİK
Məlum olub ki, Banklardan birinin Abşeron rayonunda yerləşən filialının inzibati binasında yanğın baş verib.
Bank rəhbərliyi və Abşeron Rayon Polis İdarəsinin məsul şəxsləri hazırda yanğının başvermə səbəblərini araşdırır.
Əlavə məlumat veriləcək.