Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100972S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: «2 illiyə risk eləmirlər» – DÖVLƏT İSTİQRAZLARI NİYƏ SATILMADI?
BFB-dən FED.az-a verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.2668 AZN (9.50%) ilə 99.4004 AZN (7.76%) arasında olan 15 sifariş təqdim edilib.
ELƏCƏ DƏ BAX: Western Union: Kriptovalyutalarla işləməyə hazırıq
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 158,267,900.00 AZN olub. AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2668 AZN (9.50%), orta ölçülmüş qiyməti 99.3247 AZN (8.74%) müəyyən edilibr. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 158 milyon267 min 900 AZN təşkil edib.
Notların ödəmə tarixi 16 yanvar 2019-cu ildir.
Banklardan Azərbaycan Mərkəzi Bankına - PİS SÜRPRİZ
19:21
19 Dek 2018