8 Mart Beynəlxalq Qadınlar günü münasibətlə bir çox şirkətlər kampaniyalarını elan ediblər. Azərbaycan bankları da bu əlamətdar gün münasibətilə təkliflərini açıqlayıblar.
FED.az indiyədək bankların 8 Mart münasibətilə elan etdikləri kampaniyalar barədə məlumatları təqdim edir.
1. Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bank ödəniş üzüklərində endirim kampaniyasına start verib.
Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq.
Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür.
Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə TamKart və Bankın bütün kart sahibləri üçün daha bir kampaniyaya start verib.
4-8 mart tarixlərində baş tutacaq kampaniya müddətində Bankla tərəfdaş 200-dən yuxarı alış-veriş mərkəzində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ödəniş zamanı müştərilərə yerində 70%-ə qədər endirim və eyni anda 8%-ə qədər əlavə kəşbək veriləcək. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər taksitlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz.
TamKartın müştərilər üçün əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 40%-dək kəşbək də müştərinin kart hesabına geri qayıdır.
TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir.
Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar.
2. "AccessBank" 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə kampaniyaya start verib. Xanımlara özəl təklif olunan kampaniya çərçivəsində, onlar "myCard Lux" və "myCard Premium" kart məhsullarını 30%-dək endirimlə əldə edə bilərlər.
Həmçinin xanımlara bir illik ödənişsiz konsiyerj xidməti də təqdim olunur. Qeyd edək ki, təklif olunan bütün kartlar premial kartlara şamil olunur.
Xüsusi təklifdən yararlamaq üçün:
https://www.accessbank.az/az/requests/debetcard/
Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün:
https://www.accessbank.az/az/our-bank/news/detail.php?id=46375
Kampaniya 09.03.2021-ci il tarixinədək keçərlidir.
3. AFB Bank 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə 01.03-15.03.2021-ci il tarixlərində “Nağd pul krediti” məhsulunun illik faiz dərəcəsinə 5%-ə qədər endirim tətbiq edir. İstehlak kreditlərini 17%-dən başlayaraq komissiyasız rəsmiləşdiriləcək.
4. Bank of Baku, incəliyin, zərifliyin nümunəsi olan xanımların ürəyindən xəbər verəcək kampaniyalara start verib. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən aşağıdakı kampaniyalarla xanımların üzü güləcək, Bank of Baku-dan hədiyyə qazanacaqlar:
KOMİSSİYASIZ KREDİT kampaniyası!
04 – 06 mart tarixlərində Bank of Baku-ya müraciət edən xanımlar, 30.000 AZN-dək Nağd Pul Kreditini KOMİSSİYASIZ, ZAMİNSİZ və ENDİRİMLİ FAİZ şərtləri ilə əldə edə bilərlər.
Xanımlar həmçinin, növbəsiz çevik rəsmiləşmə üstünlüyünə də sahib olacaqlar. Qeyd edək ki, kredit kampaniyasında SIĞORTA HAQQI da YOXDUR.
Kampaniya müddətində kredit əldə edənlər, İlboyu Qazandıran Kredit kampaniyasından da faydalanacaqlar. Belə ki, kredit borcunu hər ay müntəzəm olaraq ödəyən xanımlar, ödədikləri faiz məbləğinin 5%-ni ilboyu Dostlar Klubu kartına BONUS olaraq geri qazanacaqlar.
Sərfəli şərtlərlə kredit əldə etmək istəyən xanımlar,
-Bank of Baku-nun filiallarına yaxınlaşa;
-145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya;
-WhatsApp-dan müraciət edə (“8 Mart” yazıb (+99450)447-00-55 nömrəsinə göndərərək);
-Onlayn kredit sifarişi (https://bit.ly/2MutncF) bölməsindən krediti sifariş edə bilərlər.
Bolkartlılara 8% CASHBACK kampaniyası!
Bank of Baku 8 Martda Bolkart sahiblərini də unutmadı. Özlərinə hədiyyə almaq istəyən xanımlar və ya xanımlarını sevindirmək istəyən bəylər Bolkart taksit kartı ilə ümumilikdə min. 200 AZN-lik alış-veriş etdikdə 8% CASHBACK HƏDİYYƏ qazanacaqlar.
Kampaniya 06-08 mart tarixlərində gözəllik və gül salonu, qızıl-zinyət, restoran, geyim, kosmetika və parfümeriya mağazalarında edilən ödənişlər üçün keçərlidir.
Bolkart taksit və ya debet kart sahibi olmaq istəyən şəxslər, kartlarını Bank of Baku-nun filiallarına yaxınlaşaraq, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq və ya onlayn sifariş (www.bolkart.az/az/card-order) bölməsindən sifariş edə bilərlər.
5. Expressbank qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi ilə xanımlar üçün hədiyyəli kampaniyaya start verib.
Belə ki, 2-12 Mart tarixlərində nağd pul krediti əldə edən hər bir xanıma Expresso Gold və ya Expresso Platinum kredit kartı pulsuz hədiyyə ediləcək.
Eyni zamanda Expressbank-da mart ayının sonunadək davam edəcək digər kampaniyanın şərtlərinə əsasən əmək haqqı məbləğindən, iş yerindən və vəzifəsindən asılı olmayaraq hər kəs cəmi 15% ilə kredit əldə edə bilər.
Kampaniyadan yararlanmaq istəyən müştərilər Expressbank-ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından – http://www.exb.az/loans/cash/ linkinə keçid edərək, Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi www.expressbank.az saytından krediti onlayn sifariş edə bilər.
6. Yelo Bank da qadınlar üçün xüsusi şərtlərlə kredit təklif edir. 3-10 mart tarixlərində istehlak kreditlərini yalnız xanımlarımıza özəl 2 % endirimlə - 15%-dən başlayan şərtlərlə təqdim edirik. Onlayn sifariş üçün link - bit.ly/8-mart-krediti
7. TuranBankın ödəniş kartlarından istifadə etməklə cashback layihəsinin üstünlüklərindən yararlanın!
TuranBank kart sahibləri üçün 8 mart Beynəlxalq Qadınlar Gününə özəl cashback kampaniyasına başlayıb.
Bankın kart sahibləri gül, parfümeriya, geyim və aksesuar mağazalarında, restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. 05-08 mart tarixində tərəfdaş mağazalarda həyata keçirilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 5%-i kart sahibinin hesabına geri qayıdacaq. Məlumat üçün qeyd edək ki, cashback yalnız 200 AZN-dək məbləğə hesablanacaq.
Tərəfdaş mağazaların siyahısı ilə https://bit.ly/3kLGdU1 linkinə keçidlə tanış ola bilərsiniz.
Kampaniya haqqında ətraflı məlumatı TuranBankın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək əldə edə bilərsiniz.