Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 2024-cü il sentyabrın 1-nə milli valyuta ekvivalentində 14 milyard 185,5 milyon manat təşkil edib.
Azərbaycanda kredit kartları şərtləri yüngülləşdirilə bilər
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,9 faiz artıb.