2020-ci il fevralın 1-nə əhalinin banklardakı əmanətləri 8 588,5 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.
Eləcə də bax: "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi Milli Məclisdə
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə kredit qoyuluşları 15 513,6 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz çoxdur.
Bu ilin fevralın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 1 306,9 milyon manat olub. Bu da ötən illə müqayisədə 16,7 faiz azdır.