SMS notification – sms xəbərdarlıq xidməti öz sahibinə bank kartı üzrə bütün əməliyyatlar barəsində gecə-gündüz məlumatın alınmasına imkan verir, bunlar arasında: ödənişin həyata keçirilməsi haqda məlumatlandırma, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi haqda məlumat, kartın qüvvədə olma müddətinin başa çatması və digər oxşar halları qeyd etmək olar.
“SMS-Xəbərdarlıq” xidmətinin üstünlükləri:
- Kart hesabınıza daxil olan və çıxarılan ödənişlər haqqında məlumat alacaqsınız;
- Xidmətə istənilən mobil nömrə vasitəsilə qoşula biləcəksiniz (Azercell, Bakcell, Nar Mobile, və s (xarici nömrələr də daxil olmaqla);
- Uğursuz əməliyyatlar haqqında xəbərdarlıq (yəni, vəsait olmadığı, kartın müddəti bitdiyi və s. bu kimi hallarda əməliyyat etmə cəhdi haqqında) məlumat alacaqsınız;
Müxtəlif prosessinq mərkəzləri ilə çalışan banklarda sms məlumatlandırma xidməti üzrə komisyon haqqlar fərqli olur.
SMS notification xidmətinin hər bir bank üzrə xidmət haqqları ilə (12 AYLIQ)ətraflı şəkildə cədvəldən tanış ola bilərsiniz:
Bank |
Xidmət haqqı (AZN) |
AccessBank |
5 |
AFB Bank |
18 |
AGBank |
14.16 |
Amrahbank |
15.6 |
ASB Bank |
pulsuz |
Atabank |
pulsuz |
Azər Türk Bank |
14.16 |
Bank Avrasiya |
12 |
Bank BTB |
24 |
Bank of Baku |
5 |
Bank Respublika |
11.88 |
Bank Silk Way |
14.40 |
Beynəlxalq Bank1 |
4.80 |
Expressbank |
6 |
Kapital Bank2 |
5 |
Muğanbank |
24 |
NBC Bank |
14.40 |
Nikoil Bank3 |
14.40 |
Paşa Bank |
12 |
Rabitəbank |
12 |
Turanbank |
12 |
Unibank |
6 |
VTB Bank Azərbaycan4 |
24 |
Xalq Bank |
14.16 |
Yapı Kredi Bank Azərbaycan5 |
- |
- Beynəlxalq Bank-ın VISA və MasterCard-ın Gold, Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card ödəniş kartlarının sahibləri üçün SMS-xəbərdarlıq xidməti ödənişsizdir. Digər ödəniş kartlarının sahibləri və əmək haqqı kartları sahibləri üçün aylıq abunə haqqı 0.40 AZN, pensiya kartlarında isə 0.10 AZN-dir.
- Kapital Bank üzrə sms-notification ya hər xidmət üzrə 0.10 AZN, ya da illik 5 AZN dir.
- Nikoil Bank Visa Gold, MasterCard Gold və Visa Platinum kartlarında Sms xəbərdarlıq pulsuz təqdim olunur, digər kartlarda isə aylıq xidmət haqqı 1.20 AZN təşkil edir.
- VTB Bank-ın əmək haqqı kartları üçün illik 15 AZN, depozi kartları üçün isə bu xidmət pulsuzdur.
- Yapı Kredi Bank (Azərbaycan) kartları olan WorldCard-da 2 növ sms xəbərdarlıq xidməti var: aylıq borc göndərildiyi zaman 0.50 AZN təşkil edir, kartınızdan etdiyiniz alış-verişlər zamanı kartınızdan çıxılan məbləğ haqqında göndərilən sms xəbərdarlıq isə 1 AZN təşkil edir. PulKart üçün sms-xəbərdarlıq 6 aylıq 5 AZN, 12 aylıq 10 AZN təşkil edir.