SMS məlumatlandırma xidməti bank müştərilərinə kart və hesabları ilə bağlı bildirişlər göndərən sistemdir. Bu xidmət vasitəsilə müştərilər hesaba daxil olan vəsaitlər, ödənişlər və digər əməliyyatlar barədə operativ məlumat əldə edirlər.
Azərbaycanda ən çox komissiya haqqı toplayan banklar – SİYAHI, MƏBLƏĞLƏR, CƏDVƏLLƏR (2024)
FED.az xəbər verir ki, banklar bu xidməti fərqli tariflərlə təqdim edirlər – bəzi banklarda pulsuz olduğu halda, digərlərində müəyyən aylıq, illik və ya birdəfəlik ödəniş tələb olunur.
SMS məlumatlandırma xidməti Azərbaycan Sənaye Bankında tamamilə pulsuzdur. Bank of Baku da isə indilik bütün kartlar üzrə Dostbank mobil tətbiqi vasitəsilə məlumatlandırma pulsuzdur. 28.02.2025 tarixindən etibarən isə, yəni 9 gün sonra SMS Bankçılıq üçün xidmət haqqı həm debet, həm də kredit kartları üzrə 15 AZN (kartın istifadə müddətinin sonuna qədər) təşkil edəcək.
Ən sərfəli xidmət Azərbaycan Beynəlxalq Bankına(ABB) məxsusdur. Belə ki, bəzi premium seqment kart sahibləri üçün SMS məlumatlandırma ödənişsizdir, digər bütün kaertlar üçün isə xidmət haqqı aylıq 0.40 AZN təşkil edir.
Ən yüksək tariflər isə Bank BTB və Melli İran Bankında müşahidə olunur. Hər iki bank SMS məlumatlandırma xidmətinə görə müştərilərdən aylıq 5 AZN tələb edir.
Daha detallı məlumat aşağıdakı cədvəldə :
№ |
Bankın adı |
SMS məlumatlandırma xidməti üzrə ödəniş |
1 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
Aylıq 0.40 AZN. VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün pulsuz |
2 |
Paşa Bank |
Aylıq 3 AZN |
3 |
Azər-Türk Bank |
Aylıq 1 AZN |
4 |
Rabitəbank |
Aylıq 1 AZN |
5 |
Azərbaycan Sənaye Bankı |
Pulsuz |
6 |
Kapital Bank |
Aylıq 3 AZN |
7 |
Xalq Bank |
Aylıq 2 AZN |
8 |
Unibank |
Aylıq 3 AZN |
9 |
Yelo Bank |
Aylıq 2 AZN. Visa Infinite kartları vasitəsi ilə isə SMS banking xidmətinə qoşulma ödənişsizdir |
10 |
Bank Avrasiya |
Aylıq 1 AZN |
11 |
Expressbank |
Aylıq 2.50 AZN |
12 |
Ziraat Bank Azərbaycan |
Aylıq 3 AZN |
13 |
AccessBank |
Aylıq 2 AZN Kredit kartlar və OK Card üçün pulsuz |
14 |
Yapı Kredi Bank Azərbaycan |
Pulkart üçün SMS xəbərdarlqı xidməti 6 aylıq və 1 illik olur. 6 aylıq xidmət haqqı 5 azn 1 illik xidmət haqqı isə 10 azn-dir. Kredit kartı üçün SMS xəbərdarlıq xidməti aylıq 1 azn dəyərindədir |
15 |
AFB Bank |
Aylıq 1 AZN |
16 |
Turan Bank |
Aylıq 1 AZN |
17 |
Premium Bank |
İllik 20 AZN |
18 |
Bank of Baku |
Bütün kartlar üzrə Dostbank mobil tətbiqi vasitəsilə məlumatlandırma pulsuzdur. SMS Bankçılıq üçün xidmət haqqı həm debet, həm də kredit kartları üzrə 28.02.2025 tarixindən etibarən 15 AZN (kartın istifadə müddətinin sonuna qədər) təşkil edəcək. |
19 |
Bank Respublika |
Aylıq 2 AZN təşkil edir əlavə olaraq ay ərzində göndərilən SMS sayı 100-dən çox olduqda, hər SMS üçün 0.06 AZN xidmət haqqı tutulur. MC World Elite və Visa İnfinite kartları üçün isə pulsuz. |
20 |
Bank BTB |
Aylıq 5 AZN |
21 |
Melli İran Bankı |
Aylıq 5 AZN |