Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üzrə kredit portfelinin göstəricilərini açıqlayıb.
FED.az AMB-a istinadən xəbər verir ki, bankların ümumi kredtit portfeli 12 mlrd 564,2 mln manat olub. Bu məbləğin 1 mlrd 688,7 min manatı və ya 13,4%-i problemli kreditlərin payına düşüb.
Eləcə də bax: Bankların və BOKT-ların kredit portfeli 7%, istehlak kreditləri 15% artıb
Qeyd edək ki, bu ilin əvvəlində verilən kredit məbləği 11 mlrd 757,8 mln manat təşkil edib. Bu məbləğin də 1 mlrd 626,7 mln manatı və ya 13,8%-i vaxtı keçmiş kreditlərin payına düşürdü.
Başqa sözlə bu ilin ilk 11 ayında kredit portfeli 6,86%, problemli kreditlər isə 2,58% artıb.
Xatırladaq ki, bu ilin oktyabr ayında kredit portfeli 12 mlrd 281,3 mln manat, problemli kreditlərin məbləği isə 1 mlrd 698,6 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 13,8% təşkil edib. Başqa sözlə son 1 ayda problemli kreditlərin məbləği 10 mln manat azalıb.
Banklarda problemli kreditlər yenidən artıb
16:12
3 Yan 2019