“Card to Card” xidməti adından da göründüyü kimi kartdan karta edilən əməliyyatı göstərir. Yəni, siz öz plastik kartınız vasitəsilə plastik kartı olan bir şəxsə vəsait göndərə bilərsiniz.
Bu xidmət vasitəsilə siz, tez və rahat şəkildə pulunuzu bir kart hesabından digər kart hesabına köçürə bilərsiniz. Pul vəsaitləri istər müştərinin öz kart hesabları arasında, istərsə də digər şəxsin kart hesabına köçürülə bilər.
Kartdan karta pul vəsaitlərinin köçürülməsi İnternet Bank, Mobil Bank xidmətləri və ATM-ləri vasitəsilə həyata keçirilə bilər.
Göndərilən pullar 30 dəqiqə ərzində ünvana çatır.
"Card to Card" əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:
- Kartı bankomata daxil edirsiniz, PIN kodu yazırsınız,
- Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edirsiniz,
- Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərir və göndərilən məbləği daxil edirsiniz,
- Əməliyyat yerinə yetirilir və sizə qəbz təqdim olunur.
"Card to Card" xidmətinin əsas üstünlükləri:
- Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür;
- Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir;
- Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür;
- Köçürülən məbləğə məhdudiyyət qoyulmur;
- Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur.
QEYD: "Card to Card" əməliyyatı bankın öz kartları və bankın aid olduğu prosessinq mərkəzinin kartları arasında aparıla bilər.
Aşağıdakı cədvəldə "Card to Card" xidməti göstərən banklar ilə tanış ola bilərsiniz.
Göstərilən qiymətlər Debet kartları ilə edilən manat əməliyyatlarına aiddir. Digər valyuta ilə və kart növlərindən istifadə zamanı faiz dərəcələrində fərqlilik müşahidə olunacaqdır.
Bank |
Prosessinq mərkəzi |
Köçürmə məbləği |
Komisyon haqq |
AccessBank |
Millikart |
Limit yoxdur |
0,6% - min. 0,5 AZN |
AFB Bank |
AzeriCard |
Limit yoxdur |
0,2% - min. 0,5 AZN |
AGBank |
AzeriCard |
Limit yoxdur |
0,2% - min. 0,4 AZN |
Amrahbank |
AzeriCard |
limit yoxdur |
0,5% - min. 0,5 AZN |
Atabank |
AzeriCard |
Limit yoxdur |
0,5% - min. 0,5 AZN |
Azər Türk Bank |
AzeriCard |
Limit yoxdur |
0,15% - min. 0,60 AZN |
Bank Avrasiya |
AzeriCard |
Limit yoxdur |
0,5% 0,50 AZN |
Bank BTB |
AzeriCard |
1000 AZN |
0,5% min 1 AZN |
Bank of Baku1 |
Daxili Prosesinq |
Limit yoxdur |
0,2% - min. 0,25 AZN |
Bank Respublika |
AzeriCard |
Limit yoxdur |
0,25% - min. 0,3 AZN |
Bank Silk Way |
AzeriCard |
Limit yoxdur |
0,50% |
Beynəlxalq Bank |
AzeriCard |
Limit yoxdur |
0,15% - min. 0,6 AZN |
Expressbank |
Millikart |
2000 Azn |
1% |
Kapital Bank2 |
Daxili Prosesinq |
4000 AZN |
0,2% - min. 0,5 AZN |
Muğanbank |
AzeriCard |
Limit yoxdur |
0,7% - min. 0,5 AZN |
NBC Bank |
AzeriCard |
Limit yoxdur |
0,5% - min. 1 AZN |
Nikoil Bank |
AzeriCard |
Limit yoxdur |
0,2% - min. 0,8 AZN |
Paşa Bank1 |
Daxili Prosesinq |
Limit yoxdur |
1% - min. 1 AZN |
Rabitəbank |
AzeriCard |
5000 AZN |
0,5% - min. 0,6 AZN |
Turanbank |
AzeriCard |
5000 AZN |
0,5% |
Unibank2 |
Daxili prosessinq mərkəzi |
15 000 AZN |
0,5% -min. 1 AZN |
VTB Bank Azərbaycan |
AzeriCard |
1000 USD ekvivalenti |
0,5% - min. 0,5 AZN |
Xalq Bank |
AzeriCard |
1000 AZN |
0,5% |
- Paşa Bank kartları ilə həm daxili prosessing mərkəzinin, həm də Millikart-a aid kartların hesabına məbləğ köçürərkən tarif dərəcəsi eyni olur.
- Unibank-ın kartları ilə günlük köçürmə limiti 15 000 AZN, hər bir köçürmə əməliyyatına görə limit isə kartın risk qrupu üzrə müəyyən olunur. Karların növ və risk qrupları üzrə bölgüsü.
- ASB Bankda card to card yalniz kredit kartlari ile mumkendur.
*Məlumatlar bankların çağrı mərkəzlərindən əldə edilmişdir