Əhalinin banklardakı əmanəti artıb.
Dövlət Statistika Komitəsindən FED.aza verilən məlumata görə, noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140 milyon manat təşkil edib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda «bankir»lər artır – HESABAT
Əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.
Banklarda hansı əmanətlər artıb? – STATİSTİKA
18:52
17 Dek 2018