Azərbaycanın bank sistemində girov mexanizminin yenidən işlənməsi prosesi başlayıb.
FED.az xəbər verir ki, bu barədə Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İnfrastruktur Nəzarət idarəsinin rəhbəri Ruslan Babayev bildirib. Onun sözlərinə görə, söhbət maliyyə alətləri olan girovlardan gedir: «Bu mexanizm işlənildikdən sonra maliyyə aktivlərinin və qiymətli kağızlarının girov kimi daha əlverişli şərtlərlə və üsullarla istifadə olunması məsələsi həllini tapacaq. Bu da bazarın genişlənməsinə imkan verəcək». R.Babayev bildirib ki, bu məsələlərlə bağlı palata tərəfindən məlumatların elektron açıqlanması sistemi fəaliyyət göstərir. Eyni zamanda palatada yeni bir platforma yaradılıb. Burada hər bir emitent, istər qiymətli kağızların buraxılışı, istərsə də, onun yekunları və maliyyə hesabatları ilə bağlı məlumatları geniş ictimaiyyətə açıqlaya bilərlər.
Banklarda girov mexanizmi dəyişəcək – PALATADAN AÇIQLAMA
08:49
22 Dek 2017