2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 1 731,8 milyon manat məbləğində gəlir əldə etdikləri faiz əməliyyatlarına 796,1 milyon manat və yaxud gəlirin 46%-i qədər xərc çəkiblər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatlarına görə, bu nisbət yanvar-oktyabr aylarının yekununda 46,8%, yanvar-sentyabr aylarının yekununda 47,9%, yanvar-avqust aylarının yekununda isə 49,1% təşkil edib. Başqa sözlə, bankların faiz əməliyyatlarının zərərliliyi azalmaqdadır.
Ötən il sözügedən göstəricinin ən yüksək həddi yanvar ayının yekununda qeydə alınıb. Həmin ay Azərbaycan bankları faiz əməliyyatlarından əldə etdikləri 179,8 milyon manat gəlirin əvəzində 91 milyon manat (50,6%) xərc çəkiblər. Növbəti aylarda xərc-gəlir nisbəti gah azalıb, gah da artıb və nəhayət ki, son 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının yekununda azalan xətt üzrə davam edib.
Hesabat dövrü |
Faiz gəlirləri (milyon manatla) |
Faiz xərcləri (milyon manatla) |
Zərərlilik |
Yanvar |
179,8 |
91,0 |
50,6% |
Yanvar-fevral |
348,8 |
170,6 |
48,9% |
Yanvar-mart |
512,9 |
253,7 |
49,5% |
Yanvar-aprel |
675,0 |
332,4 |
49,2% |
Yanvar-may |
839,7 |
407,5 |
48,5% |
Yanvar-iyun |
1 007,3 |
482,7 |
47,9% |
Yanvar-iyul |
1 145,6 |
559,1 |
48,8% |
Yanvar-avqust |
1 292,9 |
634,2 |
49,1% |
Yanvar-sentyabr |
1 437,3 |
687,8 |
47,9% |
Yanvar-oktyabr |
1 582,3 |
740,8 |
46,8% |
Yanvar-noyabr |
1 731,8 |
796,1 |
46,0% |
Renkinq©