Maliyyə sektorundakı rəqəmsallaşmaya baxmayaraq, nağd pul bütün dövrlərdə trenddədir.
Uçot dərəcəsi aşağı salındı - Kreditlər də ucuzlaşdı - MƏRKƏZİ BANK
FED.az biznes və maliyyə xəbərləri iş adamlarının yaxşı bildiyi bir həqiqəti bir daha oxuculara xatırladır ki, nağd pul krediti insanların ehtiyaclarını problemsiz qarşılamaq, problemləri isə sürətli həll etmək üçün ən yaxşı üsullardan biridir.
Ona görədir ki, kart infrastrkuturunun sü2rətlə genişlənməsinə baxmayaraq Azərbaycanda fəaliyyət göstərən banklar öz müşərilərinə müxtəlif şərtlərlə, müxtəlif məbləğdə nağd pul kreditləri də təklif edirlər.
FED.az bankların təqdim etdikləri istehlak kreditləri üzrə şərtləri - illik faiz dərəcəsini, komissiya xərclərini, kreditin verilmə müddətini və məbləğini araşdırıb.
Məlum olub ki, bankların ayırdığı istehlak kreditlərinin maksimum məbləği 150 min manat təşkil edir. İllik faiz dərəci isə 9%-dən 43,84%-ə qədər dəyişir. Bankların bəziləri kreditin son faiz dərəcəsini göstərməkdən yayınmağa çalışır – amma bu qanun pozuntusu və Mərkəzi Bankın təlimatlarından yayınmaq deməkdir.
Krediti əldə edən zaman bəzi banklarda komisiya tələb olunmasa da, bəzilərində 0 – 4,5% aralığında komissiya xərcləri təyin edilir.
Kreditin müddətindən asılı olaraq kreditlərin faiz dərəcələri də dəyişə bilir. Ümumi olaraq kredilərin verilmə müddəti maksimum 72 ay təşkil edir.
Bankların istehlak kreditlərinin məbləği, müddəti, faiz dərəcələri, komissiya xərcləri haqqında ətraflı məlumat aşağıdakı cədvəldə:
*PAŞA Bank-da istehlak kreditlərini yalnız əmək haqqı kartları bu banka aid olan şəxslər əldə edə bilir.
|
S/N |
Bank |
Məbləğ |
Müddət |
İllik faiz dərəcəsi |
Komissiya haqqı |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
Maksimum 50 000 AZN |
60 ayadək |
10,9%-37,7% |
0%-dən |
|
2 |
Azər‐Türk Bank |
Maksimum 50 000 AZN |
3 - 59 ay |
9,9%-38,5% |
0% |
|
3 |
AccessBank |
Maksimum 40 000 AZN |
6 - 48 ay |
9,5%-24% |
0 - 3% |
|
4 |
AFB Bank |
Maksimum 50 000 AZN |
3 - 59 ay |
10,5%-34,6% |
0%-dən |
|
5 |
Azərbaycan Sənaye Bankı |
Maksimum 30 000 AZN |
36 ayadək |
13,7%-22,6% |
1%-dən |
|
6 |
Bank Respublika |
Maksimum 50 000 AZN |
59 ayadək |
14,8%-26,3% |
1%-dən |
|
7 |
Kapital Bank |
Maksimum 50 000 AZN |
6 - 59 ay |
10,9%-43,84% |
0 - 1% |
|
8 |
Paşa Bank* |
Maksimum 50 000 AZN |
48 ayadək |
12,65%-28,7% |
0% |
|
9 |
Unibank |
Maksimum 70 000 AZN |
3 - 60 ay |
9%-31,45% |
1 - 5% |
|
10 |
VTB bank |
Maksimum 50 000 AZN |
3 - 59 ay |
10,49%-29% |
0,5%-dən |
|
11 |
XalqBank |
Maksimum 250 000 AZN |
72 ayadək |
12,54%-39,96% |
0,5%-dən |
|
12 |
Yelo Bank |
Maksimum 50 000 AZN |
6 - 59 ay |
11,8%-35,8% |
1 - 4,5% |
|
13 |
Ziraat Bank |
Maksimum 50000 AZN |
59 ayadək |
14,41%-22,73% |
1% |
|
14 |
Bank Avrasiya |
Maksimum 100 000 AZN |
59 ayadək |
13,99%-17,71% |
0,50% |
|
15 |
Yapı Kredi Azərbaycan |
Maksimum 50 000 AZN |
3 - 59 ay |
14%-24,4% |
0,5%-dən |
|
16 |
Rabitəbank |
Maksimum 50 000 AZN |
48 ayadək |
12,41%-28,61% |
1% |
|
17 |
Expressbank |
Maksimum 70 000 AZN |
59 ayadək |
11,9%-36,6% |
0 - 3% |
|
18 |
Bank BTB |
Maksimum 30 000 AZN |
48 ayadək |
18,6%-28,3% |
0%-dən |
|
19 |
Premium Bank |
Maksimum 80 000 AZN |
6 - 59 ay |
11,5%-18,5% |
0 - 1% |
|
20 |
Turan Bank |
Maksimum 50 000 AZN |
6 - 59 ay |
13,4%-31,5% |
0 - 2% |
|
21 |
Bank of Baku |
Maksimum 50 000 AZN |
3 - 59 ay |
13,7%-31,5% |
0,5%-dən |
|
22 |
Bank Melli İran |
Maksimum 17 000 AZN |
60 ayadək |
12% -24% |
1% |











