Sahibkarların yeni işlərə başlaması, öz işlərini böyütməsi və genişləndirməsi üçün lazım olan maliyyəni əldə etmək üçün üsullardan biri də biznes kreditlərindən istifadə etməkdir.
Banklarda ən sərfəli istehlak kreditləri – MƏBLƏĞLƏR, ŞƏRTLƏR - SİYAHI (Fevral, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən biznes kreditlərinin şərtlərini (fevral, 2026) araşdırıb.
Araşdırmadan məlum olub ki, banklar 10 milyon manata qədər biznes krediti ayıra bilir və minimum məbləğ 5 min manatdan başlayır. Biznes kreditlərinin illik faiz dərəcəsi minimum 5%-dən başlayır.
Amma illik 5%-lik faiz dərəcəsi və 10 milyon manatlıq limit Biznesin İnkişafı Fondunun kreditlərinə aiddir. Bankların özünün biznes kreditləri isə əksər hallarda illik 11-12%-dən, bəzi banklarda isə 17-18%-dən başlayır.
Ödəmə müddəti isə məbləğindən asılı olaraq dəyişir, adətən, 3 – 36 ay, 48 ay, ən çoxu 60 ay müddətdə kreditlər verilir. Bəzi banklarda isə kreditin verilmə müddətinə müəyyən qədər güzəşt müddəti əlavə edir.
Biznes kreditlərinin komissiya şərtləri də banklardan asılı olaraq dəyişir, komissiya haqları minimum 0,25%-dən başlayır və kredit məbləğinin 5%-nə kimi yüksəli bilir. Bəzi banklarda isə komissiya haqqı yoxdur.
Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit şərtləri aşağıdakı cədvəldə:
|
№ |
Bank |
Məbləğ |
İlik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
500 min manata qədər |
14,5%-dən |
1% |
6- 36 ay |
|
2 |
Azər‐Türk Bank |
Tələbə uyğun |
11,5%-dən |
0,50% |
3 – 60 ay |
|
3 |
AccessBank |
10 min manatdan 3 milyon manata kimi |
12%-dən |
1% |
6 - 60 ay, bəzi kredit növlərində 9 ay güzəşt müddəti |
|
4 |
AFB Bank |
300 min manata qədər |
12%-dən |
1% |
3 – 36 ay |
|
5 |
Azərbaycan Sənaye Bankı |
Minimum 5 min |
12%-dən |
1% |
6- 36 ay |
|
6 |
Bank Respublika |
20 min manatdan 5 milyon manata qədər |
12%-dən |
1% |
6-36 ay Bazə kreditlərdə 24 güzəşt |
|
7 |
Kapital Bank |
50 min manatdan 1 milyon manata qədər |
12%-dən |
0,30% |
6- 60 ay, 1 milyon manatlıq kreditdə 120 aya qədər |
|
8 |
Paşa Bank |
5 min manatdan 250 min manata qədər |
13%-dən |
0,60% |
3 – 36 ay |
|
9 |
Unibank |
15 min manatdan 10 milyon manata qədər |
5%-dən |
0,80% |
6- 48 ay |
|
10 |
VTB bank |
7 milyon manata qədər |
17%-dən |
0,25% |
6- 60 ay |
|
11 |
XalqBank |
Təlabata uyğun |
15%-dən |
0,50% |
6- 72 ay |
|
12 |
Yelo Bank |
50 min manatdan 5 milyon manata qədər |
11%-dən |
0,30% |
3 - 60 ay, 18 aya qədər |
|
13 |
Ziraat Bank |
1,5 milyon manata qədər |
14%-dən |
1% |
6- 36 ay |
|
14 |
Bank Avrasiya |
300 min manata qədər |
12%-dən |
0,50% |
6- 60 ay |
|
15 |
Rabitəbank |
500 min manata qədər |
14%-dən |
1% |
6- 36 ay |
|
16 |
Expressbank |
5 milyon manata qədər |
12%-dən |
0,5-1% |
6- 60 ay |
|
17 |
Bank of Baku |
1 milyon manata qədər |
11%-dən |
0%-dən |
3 – 48 ay |
|
18 |
Bank BTB |
1 milyon manata qədər |
17%-dən |
1% |
6- 36 ay |
|
19 |
Turan Bank |
500 min manata qədər |
18%-dən |
0,5-1% |
6- 36 ay |
|
20 |
Bank Melli İran |
250 min manata qədər |
16%-dən |
açıqlanmır |
6 - 60 ay |
|
21 |
Premium Bank |
750 min manata qədər |
12-29% |
1% |
6-48 ay |











