Biznes kreditləri sahibkarlara öz işlərini böyütmək, yeni layihələr həyata keçirmək üçün imkanlar yaradır. Biznes kreditlərinin əlçatanlığı sahibkarın işini inkişaf etdirməsi üçün fürsət yaradır.
Banklarda ən sərfəli istehlak kreditləri – MƏBLƏĞLƏR, ŞƏRTLƏR - SİYAHI (May, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən biznes kreditlərinin şərtlərini (may, 2026) araşdırıb.
Araşdırmadan məlum olub ki, banklar 10 milyon manata qədər biznes krediti ayıra bilir və minimum məbləğ 5 min manatdan başlayır. Biznes kreditlərinin illik faiz dərəcəsi minimum 5%-dən başlayır.
Amma illik 5%-lik faiz dərəcəsi və 10 milyon manatlıq limit Biznesin İnkişafı Fondunun kreditlərinə aiddir. Bankların özünün biznes kreditləri isə əksər hallarda illik 11-12%-dən, bəzi banklarda isə 17-18%-dən başlayır.
Ödəmə müddəti isə məbləğindən asılı olaraq dəyişir, adətən, 3 – 36 ay, 48 ay, ən çoxu 72 ay müddətdə kreditlər verilir. Bəzi banklarda isə kreditin verilmə müddətinə müəyyən qədər güzəşt müddəti əlavə edir.
Biznes kreditlərinin komissiya şərtləri də banklardan asılı olaraq dəyişir, komissiya haqları minimum 0,25%-dən başlayır. Bəzi banklarda isə komissiya haqqı yoxdur.
Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit şərtləri aşağıdakı cədvəldə:
| № | Bank | Məbləğ | İlik faiz dərəcəsi başlayır | Komissiya | Müddət (ay) |
| 1 | Azərbaycan Beynəlxalq Bankı ABB | 500 min manata qədər | 14,5%-dən | 1% | 36 aya qədər |
| 2 | Azər‐Türk Bank | Tələbə uyğun | 11,5%-dən | 0.50% | 3 - 60 |
| 3 | AccessBank | 10 min manatdan 3 milyon manata kimi | 12%-dən | 1% | 60 aya qədər, bəzi kredit növlərində 9 ay güzəşt müddəti |
| 4 | AFB Bank | 200 min manata qədər | 15%-dən | 0,5-1,3% | 3 - 36 |
| 5 | Azərbaycan Sənaye Bankı | Minimum məbləğ 5 min manat, maksimum məbləği fərdi yanaşma əsasında |
12%-dən | 1% | 36 aya qədər |
| 6 | Bank Respublika | 20 min manatdan 5 milyon manata qədər | 10.50% | 1% | 24 ayadək güzəşt müddəti |
| 7 | Kapital Bank | 50 min manatdan 1 milyon manata qədər | 12%-dən | 0.30% | 60 aya qədər, 1 milyon manatlıq kreditdə 120 aya qədər |
| 8 | Paşa Bank | 5 min manatdan 250 min manata qədər | 17,99%-dən | 0.60% | 3 - 36 |
| 9 | Unibank | 15 min manatdan 10 milyon manata qədər | 5%-dən | 0.00% | 48 aya qədər |
| 10 | VTB bank | 7 milyon manata qədər | 17%-dən | 0.25% | 60 aya qədər |
| 1 | XalqBank | Təlabata uyğun | 15%-dən | 0.50% | 72 aya qədər, 24 ayadək güzəşt müddəti |
| 12 | Yelo Bank | 50 min manatdan 5 milyon manata qədər | 11%-dən | 0,3-1% | 3 - 60 ay, 18 aya qədər güzəşt müddəti |
| 13 | Ziraat Bank | 1,5 milyon manata qədər | 14%-dən | 1% | 36 aya qədər |
| 14 | Bank Avrasiya | 300 min manata qədər | 12%-dən | 0.50% | 60 aya qədər |
| 15 | Rabitəbank | 500 min manata qədər | 14%-dən | 1% | 36 aya qədər |
| 16 | Expressbank | 5 milyon manata qədər | 12%-dən | 0,5-1% | 60 aya qədər |
| 17 | Bank of Baku | 1 milyon manata qədər | 11%-dən | 0%-dən | 3 - 48 |
| 18 | Turan Bank | 2 milyon manata qədər | 17%-dən | 0,5%-dən | 3 - 36 |
| 19 | Bank Melli İran | 250 min manata qədər | 16%-dən | - | 6 - 60 |
| 20 | Premium Bank | 750 min manata qədər | 12%-dən | 1% | Jun-48 |














