2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları əldə etdikləri 934,5 milyon manat məbləğində əməliyyat mənfəətinin 316,8 milyon manatını və yaxud 33,9%-ni aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar.
Bu, nisbət yanvar-oktyabr aylarının yekununda 35,1%, yanvar-sentyabr aylarının yekununda isə 39,1% təşkil edib. Başqa sözlə, bankların əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı azalmaqdadır.
Ötən il sözügedən göstəricinin ən yüksək həddi yanvar-fevral aylarının yekununda qeydə alınıb. Azərbaycan bankları 2 ay ərzində 197,3 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bunun da 143,6 milyon manatını və yaxud 72,8%-ni xüsusi ehtiyatlara yönəldiblər. Növbəti aylarda ehtiyat ayırmalarının payı gah artıb, gah da azalıb və nəhayət ki, son 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının yekununda azalan xətt üzrə davam edib.
2017-ci ildə, yalnız yanvar ayında banklar xüsusi ehtiyatlar yaratmaq üçün kapitallarından istifadə ediblər. Buna səbəb kredit təşkilatlarının ilin ilk ayını 282,4 milyon manat məbləğində əməliyyat zərəri ilə başa vurmasıdır. Son nəticədə onların ehtiyatlara ayırdığı 212 milyon manat vəsait əməliyyat mənfəətinin hesabına formalaşmayıb.
Hesabat dövrü |
Əməliyyat mənfəəti (milyon manatla) |
Xüsusi ehtiyatlara ayırmalar (milyon manatı) |
Əməliyyat mənfəətində xüsusi ehtiyatlara ayırmaların payı |
Yanvar |
-282,4 |
212,0 |
- |
Yanvar-fevral |
197,3 |
143,6 |
72,8% |
Yanvar-mart |
310,2 |
180,7 |
58,3% |
Yanvar-aprel |
399,8 |
243,7 |
61,0% |
Yanvar-may |
436,7 |
248,6 |
56,9% |
Yanvar-iyun |
508,8 |
408,9 |
80,4% |
Yanvar-iyul |
530,4 |
297,3 |
56,1% |
Yanvar-avqust |
565,8 |
196,8 |
34,8% |
Yanvar-sentyabr |
820,8 |
321,3 |
39,1% |
Yanvar-oktyabr |
880,9 |
309,6 |
35,1% |
Yanvar-noyabr |
934,5 |
316,8 |
33,9% |
Renkinq©