“Hazırda banklar tərəfindəın valyuta əməliyyatlarının aparılması üzrə hər hansı məhdudiyyət tətbiq edilmir”
Eləcə də bax: Mərkəzi Bankın bütün banklara - LİMİT QOYDUĞU BİLDİRİLİR
FED.az məlumat verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib.
Onun spzlərinə görə, banklarda dollar satışında hansısa məhdudiyyətdən söhbət gedə bilməz, valyuta satışı əvvəlki qaydalarda həyata keçirilir:
“Əvvəllər olduğu kimi banklar 500 dollar və daha yuxarı alışlarda müştəridən şəxsiyyət vəsiqəsinin nüsxəsini tələb edirlər. Burada hər hansı dəyişiklik yoxdur. 20 min manatadək ekvivalentində həyata keçirilən valyutadəyişmə əməliyyatlarında isə müştərilər bankların müəyyən etdiyi forma üzrə məlumatlar təqdim edirlər. 20 min manatdan yuxarı məbləğlərdə də mübadilə əməliyyatları da həyata keçirilir, sadəcə olaraq bankların daxili komplays qaydalarına uğun olaraq, müştəri əməliyyat haqqında məlumatın Maliyyə MonitorinqiXidmətinə göndəriləcəyi haqqında məlumatlandırılır. Bu indiyədək də mövcud idi, yeni qayda deyil. Eyni zamanda, müştəri məlumatlarını təqdim edilmiş formada banka təqdim edəcəkdir və bu məcburidir. Bu qaydalar əvvəllər də mövcud idi, heç bir yeni məhdudiyyətlər yoxdur, banklar adi rejimdə valyuta əməliyyatlarını həyata keçirirlər. Hər zaman 20 min manata qədər olan əməliyyatlar məhdudiyyətsiz həyata keçirilib və keçirilir, 20 min manatdan yuxarı olan bütün nəğd əməliyyatlar üzrə məlumatlar banklar tərəfindən Maliyyə Manitorinqi Xidmətinə təqdim edilib və ediləcək. Valyuta əməliyyatlarının aparılması üzrə banklar tərəfindəın hər hansı məhdudiyyət tətbiq edilmir”.
Zakir Nuriyev əlavə etdi ki, 500 dollardan yuxarı alışlarda xüsusi formanın doldurulması və 15 min AZN-dən yuxarı mübadilə əməliyyatlarına məhdudiyyətin tətbiq edilməsi barədə məlumatlar doğru deyil.
“Vətəndaşlar istənilən banka müraciət etsinlər, banklar istənilən məbləği qaydalara uyğun dəyişəcəklər. Ajiotaj şəkildə valyuta dəyişməyə ehtiyac yoxdur”.
Marja