Bir neçə gün öncə Azərbaycanda valyutadəyişmə ilə bağlı banklar qarşısında yaranan bəzi növbələr tamamilə aradan qaldırılıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, bu gün banklar tam rejimdə fəaliyyət göstərirlər və günün sonuna belə davam edəcək: “Banklar bu gün tam adi rejimdə fəaliyyət göstərirlər və adi iş günlərində olduğu kimi bütün bank xidmət çeşidlərini vətəndaşlara təqdim edirlər və banklarda istər xidmətin göstərilməsi, istər valyuta alış-satışı ilə bağlı problem yoxdur. Yəni bir neçə gün öncə mövcud olan bəlli sıxlıqlar və növbələr aradan götürülüb. Heç bir növbələr mövcud deyil. Vətəndaşlar iş gününün sonuna kimi istənilən banka müraciət edə bilər və istədiyi bank xidmətini tam həcmdə ala bilər” (Mediapost).