Bankların müştərilərə göstərdiyi xidmətlərdən biri də cari hesabın açılmasıdır. Bankda fiziki şəxs kimi cari hesab açdırmaq istəyənlərdən əsasən vöen, şəxsiyyət vəsiqəsi, vergidən şəhadətnamə dublikatı tələb olunur. Bankda hüquqi şəxs kimi cari hesab açdırarkən isə aşağıdakı sənədlər tələb olunur.
İmza və möhür nümunələri vərəqəsində imza hüququ olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (Bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənədin əsli geri qaytarılır)
Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiqlənmiş surəti
Hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti
Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti
Müvafiq vergi orqanı tərəfindən verilmiş Şəhadətnamə-dublikatın əsli
Müvafiq dövlət sosial sığorta orqanından (kommersiya məqsədli hüquqi şəxslər istisna olmaqla) verilmiş Şəhadətnamə-dublikatın əsli
Notarial qaydada təsdiq olunmuş imza və möhür olan vərəqələr – 2 nüsxədə (hər ikisinin əsli)
Lazımı sənədləri təqdim etdikdən sonra istər fiziki istərsə də hüquqi şəxs kimi bankda cari hesab açdırmaq olar. Bəs banklarda cari hesab neçəyə açılır və hesabdakı pulu nağdlaşdırarkən neçə faiz komissiya haqqı tutulur. Bütün bular barədə Fins.az banklardan məlumat əldə edib oxuculara təqdim edir.
Bankın adı |
Hesabın açılması ödənişli və ya ödənişsiz |
Fiziki şəxsin cari hesabından manat və ya dollarda nağdlaşdırma komissiyası |
Hüquqi şəxsin cari hesabdan nağlaşdırarkən komissiya haqqı manat və dollarla |
AccessBank |
Pulsuz |
Manat və dollarla 0.7% |
Manat və dollarla – 0.6% |
AFB Bank |
Fiziki şəxs üçün 10 manat; hüquqi şəxslə razılaşma yolu ilə |
Cari hesab açılan filialda pulsuz digərlərində 0.5% |
Cari hesab açılan filialda pulsuz digərlərində 0.5% |
AGB Bank |
pulsuz |
Manatla 0.5 dollarda 0.7% |
Manatla 0.5 dollarda 0.7% |
Amrahbank |
Fiziki şəxslər üçün pulsuz hüquqi şəxslər üçün isə 10 manat |
Manatla 0.5% dollarla 0.7% |
Manatla 0.5% dollarla 0.7% |
AtaBank |
pulsuz |
Manatla və dollarla 0.8% |
Manatla və dollarla 0.8% |
Azərbaycan Beynəlxalq Bank |
Pulsuz |
Manatda 0.5% dollarda 0.6% |
Manatda 0.5% dollarda 0.6% |
Azər Türk Bank |
Fiziki şəxslər üçün 10 manat. Hüquqi şəxslər üçün 20 manat |
Manat və dollarda 0.5% |
Hüquqi şəxslərdə müqaviləyə əsasən |
Bank Avrasiya |
Fiziki və hüquqi şəxslər üçün 10 manat |
Bir il ərzində komissiya tutulmur.Bir ildən sonra 0.5 % |
Hüquqi şəxslərə müqavilə əsasında . Dollarda nağdlaşdırmaq olmur. |
Bank BTB |
pulsuzdur |
Manat və dollarda 1% |
Manat 0.5% dollarda 0.8% |
Bank Silk Vay |
Fiziki şəxslər üçün pulsuz ;hüquqi şəxslər üçün 50 manat |
İl ərzində komissiya tutulmur. Bir ildən sonra manatdan 0.5% dollar 0.8% |
Manat 0.5%; dollar 0.8% |
VTB Azərbaycan |
Pulsuz |
Manat 1%;dollar 0.5% |
Manat 1%;dollar 0.5% |
DəmirBank |
pulsuz |
Manat 0.8% dollar 1% |
Manat və dollar 0.5% |
ExpressBank |
pulsuz |
Manat və dollar 1% |
Manat və dollar 0.65% |
GunayBank |
pulsuz |
Manat və dollar 0.5% |
Manat və dollar 0.5% |
KapitalBank |
Fizki pulsuz ; hüquqi 20 manat |
Manatla 0.6% dollar 0.1% |
Manatla 0.6% dollar 0.1% |
İran Melli Bankı |
10 manat |
Manat 0.5% dollar 0.1% |
Manat 0.5% dollar 0.1% |
MuğanBank |
pulsuz |
1% hər ikisində |
1% hər ikisində |
Ziraət Bank |
10 manat |
Manat 0%; dollar 0.5% |
Manat 0%; dollar 0.5% |
NBC Bank |
pulsuz |
Manat 0.5%; dollar0.8% |
Manat 0.5%; dollar0.8% |
NikoilBank |
pulsuz |
Manat və dollar 0.6%; |
Hüquqi manat 0.5%; dollar 0.4% |
Pakistan Milli Bankı |
10 manat |
Manat və dollar 1% |
Manat və dollar 1% |
PaşaBank |
Fiziki şəxslər üçün 100 manat hüquqi şəxslər üçün 40 manat |
Manat və dollar 1% |
Manat və dollar 1% |
RanitəBank |
Fizizki və hüquqi şəxslər üçün manatla pulsuz digər valyutada 10 manat |
Manatla 0.5%; digər valyuta da 0.6% |
Bir il ərzində 0% komissiya . Bir ildən sonra manat 0.5% dollar 0.6% |
TuranBank |
pulsuz |
Manat 0.5% dollar 0.6% |
Manat və dollar 0.6% |
Yapı Kredi Bank |
5 manat |
Manat 0.6%; dollar 0.8% |
Manat 0.6%; dollar 0.8% |
Unibank |
pulsuz |
1 il pulsuz ; bir ildən sonra manat və dollar 1% |
1 il pulsuz ; bir ildən sonra manat və dollar 1% |
ASB Bank |
pulsuz |
Manat 0.5%; dollar 0.8% |
Manat 0.5%; dollar 0.8% |
Bank of Baku |
pulsuz |
Manat 0.7 %; dollar 1% |
Manat 0.7 %; dollar 1% |
Bank Respublika |
pulsuz |
Manat 0.5%; dollar 0.8% |
Manat 0.5%; dollar 0.8% |