Azərbaycanın bank sektorunda maliyyə texnologiyalarının tətbiqi yaxın 2 il ərzində 2 dəfədən çox artacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bütövlükdə və ayrıca bank sektoru yüksək texnologiyalara əsaslanan xidmətlərin tətbiqinə tam hazırdır. Hesab edirik ki, dövlət proqramlarının reallaşması ilə maliyyə texnologiyalarnın tətbiqi artacaq. Bu da sektorda kəsin rəqabət mühiti formalaşdıracaq”, - deyə o, qeyd edib.
ABA sədrinin sözlərinə görə, rəqəmsallaşma böyük xərc tələb etsə də, banklar ortamüddətli dövrdə bu texnologiyadan gəlir əldə etmək imkanı əldə edirlər: “Inftratrukturun yaradılması ödəniş sistemlərinin inkişafına əhəmiyyətli töhfə verib. Əgər 2010-cu ildə banklararası ödəniş sistemləri ilə aparılan əməliyyatların dəyəri 85 mlrd. manat idisə, 2017-ci ildə 210 mlrd. manat olub. 2018-ci ildə bu il bu rəqəmin 255 mlrd. manat olacağı gözlənilir”.