Bu gün yanvarın 8-də banklararası ticarətdə dollar yenidən bahalaşıb. FED.az xəbər verir ki, “Bloomberg” terminalında ABŞ valyutası dünənlə müqayisədə 0,02% bahalaşaraq 1.7001 manata qalxıb.
Xatırladaq ki, ötən gün terminal üzərində dollar ticarəti 1.6998 manat məzənnəsi ilə yekunlaşıb. Ən yüksək satış qiyməti də 1.7004 manat olub.
“Qara bazar”da dollar ucuzlaşdı
Yanvarın 8-də “qara bazar”da da dolların məzənnəsi aşağı enib. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, bu gün ABŞ valyutası 1.7000 manata alınır. Dolların satış qiyməti isə 1.7020 manatdır.
Avro isə ucuzlaşıb. “Qara bazar”da avronun alışı 2.40 manat, satışı isə 2.50 manatdır.
Rəsmi məzənnə
Onu da deyək ki, Mərkəzi Bank bu günə dolların məzənnəsini dəyişməyib. Rəsmi məzənnə 1. 7001 manat müəyyən edilib.
Banklararası bazarda dollar bahalaşdı – BLOOMBERG/ QARA BAZAR/ MB
11:10
8 Yan 2018