Banklara borclunun borcu barədə məlumatın başqalarına verilməsi qagağan edildi. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası banklara məktub göndərib.
Məktubda vətəndaşların bank borcları barədə məlumatlar bank sirri hesab edildiyi üçün onun açıqlanmaması tələb olunur:
“Mülki Məcəllənin 967.2-ci və “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə onların nümayəndələrinə, həmçinin, kənar aiditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir”.
Fins.az©