Azərbaycan Banklar Assosiasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşəbbüsü ilə 29-30 mart 2017-ci il tarixlərində “Risklərin idarə olunması” mövzusunda seminar keçirilib.
Seminarda 26 bank və digər təşkilatların 40-a yaxın nümayəndəsi iştirak edib.
Seminarın spikeri kimi SBFIC-nin Korporativ İdarəetmə Departamentinin direktoru xanım Renate Stopsack çıxış edib.
Qeyd edək ki, Renate Stopsack korporativ inkişaf, o cümlədən korporativ və risk strategiyaları, bazar qiyməti və likvidlik risklərinə fokuslanan risklərin idarə edilməsi, aktiv və passivlərin idarə edilməsi üzrə ekspertdir.
bbn©