Maliyyə Bazarlarına Nəzarət Palatasının və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə informasiya təhlükəsizliyi üzrə təlim keçirilib.
Palatadan FED.az-a verilən xəbərə görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən təlimdə informasiya təhlükəsizliyi, zərərvericilər, proqram təminatının təhlükəsizliyi, server və mail təhlükəsizliyi, banklara qarşı texniki təhlükələr və digər mövzular əhatə olunub.
Təlimdə iştirak edən 29 yerli və xarici bankların 46 nəfər nümayəndəsi və Palatanın əməkdaşları qeyd olunan mövzular üzrə təcrübə və yeniliklərlə tanış oldular, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Banklara informasiya təhlükəsizliyi üzrə təlim keçilib
16:26
27 Dek 2017