Bu gün, yanvarın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100373S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 483,614,000.00 AZN olmuşdur.
Eləcə də bax: Daha bir bank mənfəətə çıxdı - HESABAT AÇIQLANDI
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200, 000, 000. 00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 13.02.2019.