Azərbaycanda bank işçilərinin saı yenidən artmağa başlayıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı bank icmalında bildirilir.
İcmalda bildirilir ki, 2017-ci ilin noyabrın 30-na olan vəziyyətə Azərbaycanın bank sektorunda işçilərin sayı 16 629 nəfər olub. Bu bir ay əvvəllə nisbətən 159 nəfər artıqdır.
Bununla yanaşı, ilin əvvəli ilə müqayisədə bank sektorunda çalışanların sayı 318 nəfər azalıb.
Eləcə də bax: Bank sektorunun vəziyyəti açıqlandı - RƏQƏMLƏR
Banklar yenə işçi yığırlar
18:42
5 Yan 2018