Azərbaycanda bank işçilərinin saı yenidən artmağa başlayıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı bank icmalında bildirilir.
İcmalda bildirilir ki, 2017-ci ilin noyabrın 1-nə olan vəziyyətə Azərbaycanın bank sektorunda işçilərin sayı 16 470 nəfər olub.
Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 130 nəfər və ya 0,8% çoxdur. Son iki ayda isə bank sektorunda çalışanların sayı 303 nəfər artıb.
Bununla yanaşı, ilin əvvəli ilə müqayisədə bank sektorunda alışanların 477 nəfər azalıb.