Banklar kapitallarını artırmaq üçün səhm bazarından istifadə imkanlarını genişləndirir. FED.az xəbər verir ki, xüsusən də yanvar ayında bankların “kapital inyeksiyası” üçün buraxdığı qiymətli kağızlar 1 milyard 435 milyon manat artıb.
2018-ci il yanvarın 31-nə banklar 1 milyard 853 milyon manat qiymətli kağız buraxıb. Halbu ki, 2017-ci ilin sonunda bankların emissiya etdiyi qiymətli kağıızların həcmi cəmi 418 milyon manat olub. Bu isə 4,5 dəfəlik bir artımın olduğunu göstərir.
Qeyd edək ki, ilin əvvəlində, yəni təkcə yanvar ayında bank sektoruna 93 milyon manat kapital qoyulub. Atabank, Beynəlxalq Bank, Bank Respublika, Rabitə Bank, Unibank, Nikoil Bank kapital artımı ediblər. Bundan başqa, banklar arasında istiqrazlardan istifadə edənlər də var. Məsələn, “Unibank”ın buraxdığı istiqrazlar bank bazarında qiymətli kağızlardan istifadənin genişləndiyini göstərdi.
Banklar ümidini "kağız pullar"a bağlayıb: 4,5 DƏFƏLİK ARTIM
09:46
6 Mart 2018