Rusiyada ilk dəfə olaraq dosta borc pul vermək xidməti yaradılıb.
FED.az xəbər verir ki, yeni xidməti Rusiyanın innovasiyalar sahəsində ən inkişaf etmiş bankı olan «Sber» istifadəyə verib.
Bunun üçün bankın «Sberbank Onlayn» tətbiqində «Borc ver» bölməsi yaradılob. Bu funksiya dost-tanışa borc vermək imkanı yaradır.
Yeni xidmətdən istifadə etmək üçün Dialoqlar bölməsinə daxil olaraq borc vermək istənidən adam seçilir. Daha sonra məbləği göstərməklə borc vermə prosesi həyata keçirilir. Bu zaman istifadəçi borcun məbləği ilə ynaaşı, borcu hansı müddətə verdiyini də göstərə bilər.
Yeni tətbiq borcu verməklə yanaşı, onun necə ödənildiyinə nəzarət etməyə də imkan verir, ən maraqlısı odur ki, dost tanışa borcu xatırlatmaq lazım gəlməyəcək, sistemi özü borcluya bunu xatırladacaq. Ödəniş vaxtı yaxınlaşanda sistemi borcluya bu barədə bildiriş göndərəcək. «Sber» özü bu prosesə qarışmaq və ya borclunun hesabından pulu silmək niyyətində deyil. Üstəlik borcu müddətsiz də vermək olar.
«Daha istifadəçi öz dostlarına borcu nə vaxt qaytarmağı xatırlatmayacaq, bunun onun əvəzinə sistem özü edəcək. Bizim servis borcun unudulmasına imkan vermir»-deyə bankdan bildirilir.