Azərbaycan banklarının göstərdiyi xidmətlərə və təqdim etdiyi kreditlər üzrə faizlərə limit qoyulacaq.
FED.az xəbər verir ki, bu “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Sənədə əsasən, müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur. Sənəd Milli Məclisin komissiya iclasında müzakirə edilib, bəyənilib və plenar iclasa tövsiyə olunub.
Eləcə də bax: Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır