Google onlayn bank xidmətlərinə başlayır.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, Google şirkəti yeni servis açmağa hazırlaşır, istifadəçilər onun köməyilə bank hesabı açıb həmin hesabı idarə edə biləcəklər.
Eləcə də bax: "ApplePay", "SamsungPay" və "GooglePay"ın Azərbaycana gələcəyi - GÖZLƏNİLİR
«Cache» («Gizli yer») adlanan xidmət gələn il işə düşəcək. Google bu xidməti işə salmaq üçün «Citigroup» və Stenford universitetinin kredit ittifaqı ilə əməkdaşlıq edəcək. İstifadəçilər açdıqları hesabları «Google Pay» servisi köməyilə idarə edə biləcəklər.
Şirkətin tərəfdaşları isə maliyyə əməliyyatlarının emal edilməsi, hesabların yoxlanması və requlyatorlarla danışıqlarla məşğul olacaqlar. Hələlik məlum deyil ki, «Google»un bu xidməti pullu olacaq, ya yox. Yeni servisin vasitəsilə Google öz istifadəçiləri haqqında daha geniş məlumat ala biləcək. Belə ki, istifadəçilərin haradan və nə qədər pul qazandığı, nə qədər xərclədiyi və alqı-satqını haradan etdiyi şirkətə məlum olacaq.
Google-un vitse-prezdenti və ödəniş servislərinin rəhbəri Sezar Senqupta bildirib ki, şirkət bu məlumatları reklamçılara satmayacaq. Onun sözlərinə görə, Google un məqsədi ondadır ki, insanlara daha çox onlayn maliyyə əməliyyatı aparmağa dəstək olsun. «Bu həm internet, həm də bizim üçün yaxşıdır».