2018-ci ildə bank sektorunda sağlamlaşdırma tədbirləri yekunlaşacaq. İkinci rübün bitməsinə isə 23 gün qaldı. FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) requlyativ tələbləri ödəməyən bankların qarşısına tələb qoyulub: ya səhmdarlar kapitalı artırmalıdırlar, ya da səhmdarlar kapitallarını artırmalıdırlar, yəni, başqa çıxış yolu yoxdur.
Eyni zamanda o da məlum olub ki, Palata artıq tələbləri ödəməyən bankların rəhbərlərini və səhmdarlarını bir araya toplayaraq onlara ciddi şəkildə xəbərdarlıq edib. Bankların səhmdarları iyun ayında problemlərini həll etməlidirlər. İclasların ardıcıl olduğu və çıxış yollarının müzakirə edildiyi bildirilir.
Bank sektorunda etibarlı mənbələrdən aldığımız məlumata görə, artıq dayanıqlı banklar bu barədə məlumatlıdırlar, başqa sözlə istənilən vəziyyətə hazırlıqlı olmağa çalışırlar. Təbii ki, hər hansı bankın bazardan getməsi ajiotaj və etimadsızlıq kimi psixoloji amillər yaradır və bu isə nəticədə bütün bank sektoruna zərbə vurur.
Qeyd edək ki, hazırda bank sektorunda məcmu kapital tələbini ödəməyən banklar aşağıdakılardır:
“Bank of Baku” ASC – 22 milyon manatdır
“Amrahbank”ASC – 36,656 mln manatdır
“AGB” ASC – 40,890 mln manatdır
İlhamə Abdullayeva
Banklar üçün geriyə sayım başladı
10:17
7 İyun 2018