Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üçün bank müştərilərinin sayını açıqlayıb.
FED.az AMB-a istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayında bank müştərilərinin sayı ilin əvvəlinə nisbətən 520 736 nəfər və ya 9,88% artaraq 6 mln 292 min 776 nəfərə çatıb.
Müştəri sayında artımın böyük hissəsi fiziki şəxslərin hesabınadır. FED.az xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında fiziki şəxs müştərilərinin sayı 505 410 nəfər və ya 8,89% artaraq 6 mln 190 min 625 nəfərə çatıb.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az kredit verilən sahələr – AÇIQLANDI
Fiziki şəxlərdən sahibkarlıqla məşğul olanların sayı isə 30 488 nəfər və ya 13,17% artaraq 261 min 986 nəfər olub.
Bank müştəriləri arasında ən sürətli artım hüquqi şəxslərdə müşahidə edilib. Hüquqi şəxılərin sayı bu ilin 11 ayında ilin əvvəli ilə müqayisədə 15 326 ədəd və ya 17,65% artaraq 102 min 151 nəfərə çatıb.