Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb.
FED.az xəbər verir ki, yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Eləcə də bax: Prezidentin problemli kreditlər təşəbbüsünə - BANKLARDAN CAVAB - AÇIQLAMA
Yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi məsələsinin olacağı ehtimal edilir.
Xəbər verdiyimiz kimi, Fevralı 25-də Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə məsələsinin vətəndaşlarının xeyirinə həll ediləcəyini açıqlamışdı.
"İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir.
Eləcə də bax: İlham Əliyevin «problemli kredit» təşəbbüsü ilə bağlı - ASSOSİASİYADAN AÇIQLAMA
©marja