FED.az MBNP-a istinadən xəbər verir ki, son 1 ildə bank sektorunun Mərkəzi Bankda (MB) olan vəsaitlərin miqdarı 12,85% azalaraq 1 mlrd 190,6 mln manat, maliyyə institutlarındak depozitlərin məbləği də 19,44% azalaraq 6 mlrd 504,4 mln manat olub.
Eləcə də bax:Bir sıra təşkilat işçilərinin maaşları qaldırılıb - MƏBLƏĞ
Qiymətli kağızlar üzrə aparılan əməliyyatların həcmi 1 ildə 1,57 dəfə artaraq 3 mlrd 903,8 mln manat təşkil edib.Bank sektorunun kredit portfeli 13,32% artaraq 11 mlrd 56 mln manata çatıb.
Yekunda isə bank sektorunun cəmi aktivləri bu ilin yanvar ayında ötəniə nəzərən 5,09% artaraq 29 mlrd 602,9 mln manat olub.
Göstərici | 31.01.2018 (mln manat) |
31.01.2019 (mln manat) |
Nağd vəsaitlər | 1,243.4 | 1,190.6 |
Mərkəzi Bankda müxbir hesablar | 2,165.7 | 1,887.5 |
Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 1,872.6 | 2,433.4 |
Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 8,073.8 | 6,504.4 |
Qiymətli kağızlar | 2,486.5 | 3,903.8 |
Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 257.4 | 260.0 |
xalis kreditlər | 207.1 | 237.4 |
Müştərilərə verilən kreditlər | 11,242.2 | 12,541.0 |
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,485.5 | 1,484.8 |
Xalis kreditlər | 9,756.6 | 11,056.2 |
Əsas vəsaitlər | 859.3 | 948.8 |
Qeyri-maddi aktivlər | 127.9 | 146.5 |
Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1,376.8 | 1,294.3 |
Cəmi aktivlər | 28,169.7 | 29,602.9 |